"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi: “Heydər əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafında müstəsna xidmətləri olub”

--2016-11-22 / 13:57

22 noyabr ədliyyə işçilərinin peşə bayramı  münasibətiylə Xəzər rayon bələdiyyə təmsilçilərinin iştirakıyla görüş  keçirilib.

Görüşdə  çıxış edən natiqlər ədliyyə işçilərinin tarixi keçmişinə toxunaraq  şanlı bir əsrlik yol keçdikləri vurğulanıb.

Görüşdə Ulu öndər Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ümummilli liderin hakimiyyətə gəlməsindən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görüldüyünü qeyd edilmişdir.

Gorüşdə həmçinin əsas fəaliyyət istiqmətlərindən biri kimi bələdiyələrə inzibati nəzarəti həyata keçirən orqan olaraq  səmərəli fəaliyyət göstərməsi də vurğulanmışdır.

işgüzar şəraitdə keçən görüşdə bələdiyyə təmsilçiləri maraq  doğuran digər məqamlara da toxunublar.

 Belediyye.info

ŞƏRHLƏR